Tarix : 2010 Nov 26
Kod 19759

Qeyri-qanuni Hicab qadağasına qarşı Forum keçirildi

Hicablı xanımlarn III Forumunda təhsil müəssisələrində Haicaba qarşı məhdudiyyətlər müzakirə edilib
Azerbaijan servsi/Aran agentliyi

"Yeni Şərq"in xüsusi müxbirinin verdiyi məlumata görə, dünə noyabr ayının 25-də ölkədə Hicaba qarşı qoyulmuş qeyr-qanuni qadağaları müzakirə etmək məqsədilə Hicab məsələsi üzrə 3-cü Forum keçirilib. 800-ə yaxın hicablı xanımın iştirak etdiyi Forumda Təhsil naziri Misir Mərdənovun çıxışından sonra ictimayyətdə yaranmış bir sıra narahatlıqlar və məhdudiyyətlər müzakirə edilərək, problemdən çıxış yolları aranıb.

Tədbiri giriş sözü ilə açan Forumun koordinatoru H.Hacıyeva, məsələnin mahiyyətini toplaşanların diqqətinə çatdırıb. Koordinator "Qanunvericilikdə və o cümlədən, “Təhsil haqqında” qanunda heç bir məhdudiyyətin olmamasına baxmayaraq, bir sıra məktəb direktoru, vahid məktəbli formasında olmaq tələbini bəhanə edərək, hicablı şagirdləri dərsə buraxmırlar. Halbuki, həmin şagirdlər məktəbli formasındadırlar, sadəcə, etiqadlarına uyğun olaraq, yaylıq bağlayırlar. Şagirdlərin hicabla dərsə gəlməklərinə məhdudiyyət qoyulması – insan haqlarının pozulması deməkdir", deyə vurğulayıb.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) Monitorinq qrupunun üzvü L.Abbasova, hicaba yönəli hər hansı məhdudiyyətin ölkə Konstitusiyasına, insan haqları ilə bağlı qanunvericilikdə təsbit edilmiş müddəalara zidd olmasına diqqət çəkib.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında baş verənləri təhlil edərək, baş verənlərin mahiyyətini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Problemin həlli ilə bağlı hüquq müdafiə müstəvisində həyata keçirilməli olan tədbirləri Forum iştirakçılarının bildirən İ. İbrahimoğlu məsələ ilə bağlı tkliflərini qeyd edib.

Forum iştirakçıları atılacaq konkret addımlar barədə qərarlar qəbul edərək, problemlə bağlı Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidentinə, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, İnsan Haqları üzrə Müvəkkilə müraciətlər ünvanlayıb.

Qeyd edək ki, Forumda bir sıra aparıcı ictimai təşkilatların nümayyəndələri, fəal xanımlarla yanaşı, "Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin də aktiv xanım üzvləri iştirak ediblər.

 

"Yeni Şərq"

  • Yazılıb
  • da (də) 2010 Nov 26