Tarix : 2010 Nov 26
Kod 19760

Elən Manafov: “Hər bir insanın bu və ya digər dinə etiqad etməsi və ya etməməsi onun bir iç dünya...

Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir
Azerbaijan servsi/Aran agentliyi

“Heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.

Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə hər bir məktəbli 1-ci sinifdən 11-ci sinfə qədər məktəbli formasında dərslərdə iştirak etməlidir. Ali məktəbdə isə birinci kursdan sonuncu kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.

Misir Mərdanov vurğulayıb ki, orta məktəblərdə şagirdlər məktəbli formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir.

 

Məsələyə münasibtə bildirən Azərbaycan Demokratik Sol partiyasının sədri, politoloq Elşən Manafov hesab edir ki, vaxtilə məlum Nardaran hadisələrinin sürətlənməsində elə bu cür hadisələrin rolu da böyük olubdur. “Təhsil Nazirinin verdiyi həmin bəyanat, Azərbaycan respublikasının konstitusiyasının təhsilimizlə bağlı müəyyən etdiyi müddəalarda ziddiyət təşkil eləmir. Bildiyiniz kimi Azərbaycan respublikası dünyavi dövlətdir və dünyavi dövlətdə olduğundan bizdə dövlət dindən, din isə təhsildən ayrı elan edilib. Bu istiqamətdə Azərbaycanda ilk addımlar hələ Azərbaycan SSR təşkil olunduqdan sonra atılmışdır. O zaman biz daha çox ateizmi təbliğ edən dövlət və cəmiyyət kimi tanınırdıq. Hətta xatırlatmaq istərdim ki, 1925-ci ildə Azərbaycanda “Allahsızlar” cəmiyyəti deyilən bir cəmiyyətdə mövcud idi. Həmin təbliğatda sovet siyasətinin ayrılmaz bir qolunu təşkil edirdi. Xatırladım ki, eyni islahatlarda Türkiyə cumhuriyyəti qurulduqdan sonra Mustafa Kamal Atatürk hökuməti aparmışdı. Həmin dövrlərdə Turkiyədə sultanlıq və xilafət sistemi ləğv edildi və bunun ardınca 1924-cü ildə şəriət məhkəmələrini və məktəblərdə şəriət dərslərinin keçirilməsini yasaq etdi.

Yəni deyərdim ki, bu bir vicdan məsələsidir. Hər bir insanın bu və ya digər dinə etiqad etməsi və ya etməməsi onun bir iç dünyasından irəli gələn bir məsələdir. Bizim müqəddəs kitabımız olan Qurani-kərimin Bəqərə surəsində belə bir ayə vardır ki, dində məcburiyyət yoxdur.

Amma Təhsil Nazirinin həmən müddəası dünyavi dövlətin müəyyən etdiyi prinsiplər baxımından nə qədər anlaşılan olsada əlbəttə ki, konstitusiyasının vicdan azadlığı müddəasını pozmuş olur. Həmən müddəada hər bir vətəndaşa dinə etiqad etmək məsələsində bir sərbəstlik hüququnu verir. Bu baxımdan təbii ki, həmin səpgili bəyanat cəmiyyət tərəfindən birmənalı qarşılanmır, xüsusən bizim cəmiyyətin inanclı insanları tərəfindən, dinimizə sadiq insanlar tərəfindən çox kəskin bir narazılıqla qarşılanır. Həm də Azərbaycan İslam ölkəsidir. Xatırlatmaq istərdim ki, bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitunda belə bir instident yaşandı o zaman həmən universitetin rektoru təhsil müəssisəsinə baş örtüyü ilə gələn qadınların dərsə buraxılmasını yasaqlamışdı. Onları təhsildən kənar elan eləmişdi.

Bütün hallarda bu məsələni ictimaətin müzakirəsinə buraxmaq lazım idi. Mən xatırlatmaq istərdim ki, 2002-ci ildə məlum Nardaran hadisələrinin başlanmasında da belə bir insident səbəb olmuşdur. Mən güman edirəm ki, Türkiyə kimi bir dünyavi dövlətdə Tükriyə prezidentinin və baş nazrinin xanımları baş örtüyü ilə gəzirlərsə bu da Türkiyə kimi dünyavi dövlətin daxilində xüsusi bir insident yaratmırsa təbii ki, həmin qız övladlarımızın, hicablı müəllimlərində dərsə gəlməsinə hörmət və sayqı ilə yanaşmaq lazımdır.”

 

 

 

  • Yazılıb
  • da (də) 2010 Nov 26