Forumun yekunu olaraq, hüquq müdafiə müstəvisində atılacaq konkret addımlar barədə qərarlar qəbul edilmiş, problemlə bağlı müraciətlər qəbul edilmişdir
Azerbaijan servsi/Aran agentliyi
Xəbər verildiyi kimi, noyabr ayının 25-də Hicab məsələsi üzrə 3-cü Forum geniş tərkibdə toplanmışdır. 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə etmişlər.
Forumun yekunu olaraq, hüquq müdafiə müstəvisində atılacaq konkret addımlar barədə qərarlar qəbul edilmiş, problemlə bağlı müraciətlər qəbul edilmişdir.
Tədbirdən sonra Forumun iştirakçıları “Təzəpir” məscidinə getmişdilər. “Qədir-Xum” bayramı günündə keçirilən bu zitarətdə, yüzlərlə xanım məscidi ziyarət etmiş, məktəblərdə hicabla bağlı yaşanan problemin həlli üçün dualar etmiş, Forumda qəbul edilən müraciəti Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə çatdırmaq üçün təqdim etmişlər.