Tarix : 2010 Nov 26
Kod 19765

www.birlik.az Milli İnternet Mükafatı müsabiqəsində 27 iştirakçıdan seçilen 7 nominant sırasındadır

Milli Net - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır
Azerbaijan servsi/Aran agentliyi

Milli Net - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi , media, informasiya və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. Milli İnternet Mükafatının əsas məqsədləri:

 

1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan İnternetin inkişafına və genişləndirilməsinə xidmət etmək;

 

2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;

 

3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək

 

4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək

 

www.birlik.az Milli Net - Milli İnternet Mükafatı müsabiqəsində Media və İnformasiya sahəsində 27 iştirakçıdan seçilən 7 nominantlar sırasındadır. Bu o deməkdir ki, artıq birlikçilər final mərhələsindədir, 27 saytdan seçilən 7 saytdan biri qələbə qazanacaq.

  • Yazılıb
  • da (də) 2010 Nov 26