Tarix : 2010 Nov 26
Kod 19767

Azərbaycan vətəndaşları İranda bir ay qala biləcəklər

Artıq Azərbaycan vətəndaşları İrana vizasız gedə və bir ay orada qala bilərlər, bu müddəti iki dəfə də İranda qalarkən artıqmaq olar
Azerbaijan servsi/Aran agentliyi

2010-cu il, fevralın 1-dən etibarən birtərəfli qaydada Azərbaycanla viza rejiminin sadələşdirilməsi vizasız rejim barədə qərar qəbul edən İran bu dəfə ölkədə vizasız qalma müddətini 15 gündən bir ayadək artırıb. Bu barədə çərşənbə günü mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami deyib. Onun sözlərinə görə, bu qərar İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərindən sonra qəbul edilib. Artıq Azərbaycan vətəndaşları İrana vizasız gedə və bir ay orada qala bilərlər, bu müddəti iki dəfə də İranda qalarkən artıqmaq olar.

 

  • Yazılıb
  • da (də) 2010 Nov 26