Tarix : 2010 Nov 26
Kod 19769

Azərbaycan Birlik Təşkilatının Sumqayıt söbəsinin üzvləri arasında görüş keçirilib

Görüşdə iştirak edən Sumqayıt şəhərinin fəallarından Hacı Coşqun cəmiyyətdə yaşanan bir sıra neqativ hallara toxunmuşdur
Azerbaijan servsi/Aran agentliyi

24 noyabr 2010-cu ildə Sumqayıt şəhərində Azərbaycan Birlik Təşkilatının (ABT) Sumqayıt şəhər şöbəsinin üzvləri və bir sıra qonaqlar arasında görüş keçirilib. Görüşü giriş sözü ilə açan ABT-nin Sumqayıt şöbəsinin sədri Eldəniz Piriyev gündəmdə olan məsələlərə toxunub. Görüşdə iştirak edən Gənclər əsasən islami elmlərə yiyələnmək istədiklərini bildirmiş, amma buna şərait yaradılmadığından şikayət etmişlər. 

Azərbaycan Birlik Təşkilatının sədr müavini Vüsal Hətəmov, son dövrlər dindarlar arasında yaşanan sünni-şiə məsələsinə toxunub. Və bunu yolverilməz, respublikamızda süni şəkildə yaradılmış bir hadisə kimi qiymətləndirib. Daha sonra söz ABT-nin sumqayıt şöbəsinin Gənclər katibi  Elnur Ələkbərova verilib. Elnur Ələkbərov çıxışı zamanı bir sıra aktual mövzulara toxunaraq, onların həlli istiqamətində təkliflər irəli sürüb. Görüşdə iştirak edən Sumqayıt şəhərinin fəallarından Hacı Coşqun cəmiyyətdə yaşanan bir sıra neqativ hallara toxunmuşdur. Bundan sonra tədbirdə iştirak edənlər hicablı xanımların orta məktəblərə buraxılmamasına etiraz edərək bəyanat qəbul ediblər. Tədbirdə yekun olaraq ABT Sumqayıt şəhər şöbəsinin rəhbəri Eldəniz Piriyev çıxış edib.

 

 

 

Səbuhi Salamov

  • Yazılıb
  • da (də) 2010 Nov 26