ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti göndərib
Azerbaijan servsi/Aran agentliyi
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti göndərib. Partiyanın mətbuat xidmətin FaktXeber.com-a daxil olan məlumata görə, bu gün Qarabağ Bloku 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş, ADP sədri Sərdar Cəlaloğlu həmin dairədə seçkilərin saxtalaşdırılması və bu saxtalaşdırılmanın MSK tərəfindən qanuna müvafiq şəkildə araşdırılmadan seçkilərin nəticəsinin təsdiq etməsi ilə haqqında Apelyasiya Məhkəməsinə verdiyi şikayətlə bağlı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti göndərib. Şikayətdə Bakı Apelyasiya Məhkəməsinin qərarının aşkar qanun pozuntuları ilə müşahidə olunduğundan həmin qərarın ləğv edilməsi və şikayətə təkrar baxılması xahiş edilib.