Məclis Məşədi Anar Bayramovun Quran tilavəti ilə açıq elan edlib. Məclis əsnasında Qədir-Xum hadisələri barədə iştirakçılara məlumat verilib
Gürcüstan servsi/Aran agentliyi
Ötən gün Gürcüstan müsəlmanları Qardabani rayonunda Qədir Xum bayramını qeyd ediblər. Məclis Məşədi Anar Bayramovun Quran tilavəti ilə açıq elan edlib. Məclis əsnasında Qədir-Xum hadisələri barədə iştirakçılara məlumat verilib. Sonra tədbirin təşkilatçılarından olan Məşədi Namiq Huseynov çıxış edərək qonaqları təbrik edib. N. Huseynovdan sonra Qardabani "Marağa" məscidinin axundu Hacı Namiq Xəlilov və Seyid Yəhya həzrət Əlinin (ə) şücaətindən danışıblar. "Ağ Təhlə" məscidinin Axundu Əlican Huseynov isə çıxışında Qədir-Xum hadisəsinin tarixi, mahiyyəti və İslam ümməti üçün böyük rolundan danışıb. Sonda Ə. Huseynov Peyğəmbər (s) tərəfindən Əlinin (ə) xilafət və imamətini əks etdirən hədislərə işarə edilib.
Həmçinin, Qədir-Xum bayramı ilə əlaqədər Kvemo Kartli bölgəsində dindarlar arasında iki yarışa start verilib. Futbol üzrə müsabiqə 12 rayon və kəndlərin komandaları iştirak edib. Digər müsabiqə isə "Əli (ə) kimdir?" kitabı əsasında qurulub. İştirakçılar testləşdirilmiş suallara cavab veriblər. İlk üç yerə sahib olan şəxslərə pulsuz Məşəd ziyarəti, iki nəfərə isə pul hədiyyəsi verilib. Qaliblər püşk yolu ilə seçilib. Qardabani mədrəsəsini bitirmiş tələbələrə isə sertifkatlar təqdim edilmişdir.
Məclis "İxlas" ilahilər qrupunun çıxışları ilə daha da şən keçib.