Tarix : 2010 Nov 29
Kod 19821

“Birlik” hicab problemi ilə bağlı monitorinqlərini davam etdirir

Bakı, Abşeron və Sumqayıtın bir neçə məktəbində ciddi problemlər var
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Birlik Təşkilatı, “Birlik-Press” qəzeti və birlik.az (“Birlik” İnformasiya Mərkəzi) Bakı, Abşeron və Sumqayıtın bir neçə təhsil mərkəzində təhsil naziri Misir Mərdanovun məlum açıqlamasından sonra  hicab probleminin olub-olmaması ilə bağlı monotorinq aparır. Belə hal bütün təhsil ocaqlarını əhatə etməsə də ciddi şəkildə bəzi məktəb direktorları tətəfindən ortaya atılıb və hicablılara qarşı qanunsuz bir təziq kimi istifadə olunur. Sumqayıtın 21, 22, 13 saylı məktəblərində ciddi problem var, 21 saylı məktəbin direktoru Zakir müəllim isə bu qanunsuzluqa heç bir yazılı və hüquqi əsas tapmasa da buna davam etdirir. Onunla danişan mətbuat işçilərinə o fikrini çox kəskin şəkildə bildirib. Bakının Sabunçu rayonu Zabrat qəsəbəsi 71, 81, 192 saylı məktəblərdə də direktorlar Misir Mərdanovun yalnız televiziyadakı çıxışını əsas gətirərək hicablıları məktəbə buraxmırlar. Bundan əlavə bir neçə məktəbdə  də monitorinqlər aparılıb və davam edir.  Hicablıların valideynləri ilə görüşlər də keçirilir.

  • Yazılıb
  • da (də) 2010 Nov 29