Vaşinqton WikiLeaks vebsaytında yayınlanan minlərlə məxfi məlumatlardan sonra diplomatik böhranın mərkəzindədir
Beynalxalq servsis/Aran agentliyi
Başlıca olaraq 250 mindən artıq gizli məlumat bir neçə mətbuat orqanlarında dərc olumuşdur. Bəzi məlumatlarda xarici liderlərin qərəzsiz təsvirləri, bəzilərindəsə nüvə və terror kimi ağır təhdidlər öz əksini tapmışdır.
Yayınlanan məlumatlar arasında Yaxın Şərq liderlərinin İrana qarşı olan fikirləri və İsrailin hər zaman Vaşinqtonu ölkəsinə və nüvə silahları proqramına qarşı güclü olmağa çağırışı qeyd olunmuşdur.
Başqa məlumatlarda isə ABŞ-ın NATO-nun fəaliyyətlərini izləməkdə məmmun olduğunu açıq aşkar görmək olar.
Qaçılmaz məlumat sızmalarından sonra dövlət katibi Hillari Klinton xarıcı dövlət məmurları ilə təcili görüşüb onlari üstü açılmış məlumatlarla bağlı xəbərdarlıq etmışdir.
Məlumatların bəzilərinin zərərsiz hesab edilməsinə baxmayaraq, təhlükəsizlik analitikləri razılaşır ki, sənədlərin açılması ABŞ diplomatları üçün yaxşı nəticələnməyəcək.