Tarix : 2010 Nov 29
Kod 19825

Azərbaycan Respublikası parlamentinə sədr seçildi

Milli Məclisin rəhbər orqanlarına elə əvvəlki şəxslər seçilib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Oqtay Əsədov dördüncü çağırış Azərbaycan Milli Məclisinin sədri seçilib. Bu haqda qərar yeni seçilmiş parlamentin bugün, noyabrın 29-da keçirilən birinci yığıncağında qəbul olunub.

Ziyafət Əsgərov parlament sədrinin birinci, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri seçilib.

Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasını təmsil edirlər.

Valeh Ələsgərov isə bitərəfdir.

Üçüncü çağırış Azərbaycan Milli Məclisini də eyni tərkib idarə etmişdi.

Qeyd edək ki, yeni parlamentin birinci toplantısında prezident İlham Əliyev də iştirak edib.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Nov 29