yaxın vaxtlarda Türkiyədə əhlibeytsevərlərin 24 saat fəaliyyət göstərəcək islami televiziya kanalı fəaliyyətə başlayacaq
Türkiyə servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, yaxın vaxtlarda Türkiyədə əhlibeytsevərlərin 24 saat fəaliyyət göstərəcək islami televiziya kanalı fəaliyyətə başlayacaq. Bu haqda məlumatı Deyerler.org-a Türkiyədə fəaliyyət göstərən “Kövsər” Yayım Evinin rəhbəri, əslən azəri olan Kadir Akaras bildirib.
İlahiyyatçı alim, eyni zamanda ictimai xadim olan K.Akaras hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını söyləyib. O bildirib ki, artıq telekanalın yayımı üçün müvafiq lisenziya alınıb və komanda da yığılıb.
İslami telekanal 2011-ci ildə fəaliyyətə başlayacaq.
“Aran” İA