Azerbaijan servsi/Aran agentliyi
Faktxeber.com-un müxbirinin verdiyi məlumata görə, dəyirmi masada bir çox partiya və ictimai təşkilat nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə sözü ilə açan AİP-nın mətbuat xidmətinin rəhbəri Akif Heydərov, son dövrdə Azərbaycan Respublikasında İslama qarşı təzyiqlərin artdığını deyib. Bundan əlavə AİP rəsmisi son vaxtlar ölkədə geniş islamafobiyanın baş qaldırıdığını bildirib. Azanın qadağan olunmasını, məscidlərin sökülməsini, 13 fevralda əziz islam peyğəmbərinin xatirəsini yad etmək üçün şəhidlər xiyabanını ziyarət edən dindarların haqqsız yerə tutulmasını və bu yaxınlarda təhsil nazirliyi tərəfindən orta məktəblərdə hicabın qadağan olunmasını əyanı sübut kimi göstərən Akif Heydərov, bu cür islami basqıların ictimaiyyətin geniş narazılığına səbəb olduğunu qeyd edib.
Bundan sonra məsələyə münasibət bildirən AİP sədri Hacı Mövsüm Səmədov, bütün dünyada islam ümmətinə qarşı böyük bir mübarizənin aparıldığını bildirib. Son 10 ildə Əfqanıstanda, İraqda və Fələstində baş verən müharibələrin bu mübarizənin bir hissəsi olduğunu bildirən AİP sədri, bu cür mübarizənin son vaxtlarda Azərbaycanda da geniş vüsət aldığını qeyd edib. Mübarizənin bir neçə istiqamətli olduğunu bildirən Mövsüm Səmədov, Azərbaycanda başverən bu cür mübarizələrin, vətəndaş hüqularının pozulması, dini və vicdan azadlıqlarının tapdalanması ilə birgə müşahidə olunduğunu söyləyib.
Son günlərdə Təhsil Naziri Misir Mərdanov tərəfindən hicabın qadağan olunmasını təəssüf hissi ilə qeyd edən AİP sədri, bu cür qadağaların ilahi hökmlərə, ölkə və beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Bu cür yasaqların ictimaiyyət tərəfindən nifrətlə qarşılandığını deyən Hacı Mövsüm Səmədov, bütün ictimai təşkilatları və ictimaiyyəti bu məsələyə münasibət bildirməyə çağırıb.
Sonra Azərbaycan Ziyalılar birliyinin sədri Eldəniz Quliyev ölkədə baş verən islamafobiyanın niyə baş verdiyinin araşdırılmasının zəruri olduğunu bildirib. Bundan əlavə Eldəniz Quliyev hakimiyyət tərəfindən,ölkə səviyyəsində dindarlara qarşı nifrət hissinin məqsədli formada yaradıldığını bildirib. 13 fevralda tutulan dindarlara qarşı ədalətsiz qərarın verilməsini sübut kimi göstərən təşkilat sədri, son günlərdə təhsil nazirliyi tərəfindən verilən hicab qadağasını ölkədə baş verən islamafobiyanın tərkib hissəsi oduğunu bildirib. Eldəniz Quliyev bu cür islamifobiyanın xalq və din düşmənləri tərəfindən hazırlanmış bir siyasət olduğunu deyib.
Bundan əlavə Eldəniz Quliyev Azərbaycan məmurlarının və televizorlarının xarici qüvvələr tərəfindən idarə olunduğunu söyləyib.
Sonra məsələyə münasibət bildirən Fəzilət partiyasının sədri Hacı Gündüz Hacıyev, hicab qadağası haqqında verilən qanunu ilahi hökmlərə qarşı böyük bir həqarət olduğunu deyib. İnsanların müəyyən hüquqları malik olduğunu və bu hüquq müqabilində heç bir məsuliyyət daşımadığını deyən Gündüz Hacıyev, islami vəzifələrin bu hüquqlardan fərq etdiyini deyib. Cəmiyyətdə hicab qadağası ilə insanları ilahi dəyərlərdən ayırmaq istənildiyini deyən partiya sədri, bu cür qanuni qadağalar islam düşmənlərinin sifarişi ilə hazırlandığını bildirib. Bundan sonra məsələ ilə əlaqədar, ilahiyyatçılar, təşkilat nümayəndələri və hicablı şagirdlərin valideynləri öz etirazlarını bildirdilər.
Sonda dəyirmi masa iştirakçıları bəyanat qəbul etdilər.