Tarix : 2010 Nov 30
Kod 19860

Azərbaycanda hicab müharibəsi

.
Azerbaijan servsi/Aran agentliyi

Bağışlayan və mehiban Allahın adı ilə!

"(Ya Rəsulum!) Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ... başqasına (naməhrəmə) göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!" ("Nur" surəsi, 31)
Mənfur kommunist rejimi dağıldıqdan sonra müsəlman azərbaycan xalqının intizarı bu idi, yenidən müsətəqillik tapmış Vətənimizdə, təzə dövlətçiliymizdə dövlətçilik məsuliyyətini öhdəsinə alanlar artıq xalqın dərdini və mənəvi-maddi çətinliklərini nəzərə alıb tam müstəqilliklə müsəlmançılıq və xalqımızın min illərdən bəri bizə gəlib çatan, milli-mənəvi adətlərimizi nəzərə almaqla inkişafa tərəf hərəkətə keçəcəyik. Sən demə bu müsəlman xalqın başın hələ çox oyunlar açılıcaqmış. Əvvəlcə azan sonra məscid və daha sonra örpək və s...
Bu günlərdə mətbuatda təhsil nazirliyinin örpək haqqındakı açıqlamaları bütün qeyrətli müsəlman xalqımızı, düşmən müqabilində və əsirlikdə belə örpəklərini başından açmayan ana-bacılarımızı son dərəcədə qəzəbləndirib və təccübləndirib.
Qəzəbləndirib o mənada ki, bəzi dövlət məmurları vəzifə tapan kimi özlərini keçmişdəki Misir fironları kimi (nəuzubillah) Allah hesab edir və bəziləri isə özlərini Allahdan da yuxarı məqamda hiss edirlər. Təbii ki, belə halətlər tarixdə çox olub. Müqəddəs kitabımız Quranda belə oxuyuruq: “(Firon dedi:) Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!" ("Naziyat" surəsi, 24). Bəziləri hətta, özlərini məsxərəyə qoyub Allahı göydə axtarmaq fikrinə də düşüblər. Bu haqda da müqəddəs Qurani-Kərimdə xəbər verilir: “Fir’on (istehza ilə) dedi: "Ey ə’yanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!" ("Qəsəs" surəsi, 38).
Bütün buna bənzər hadisləri Allah-taala Quranda ona görə nəql edir ki, kimliyindən və hansı məqamda olmasından asılı olmayaraq, tarix boyu çoxları Allahın göndərdiyi peyğəmbərlərə və dinə qarşı var qüvvələri ilə mübarizə və müharibə aparıblar, amma heç biri öz hədəflərinə çata bilməyib və nəticədə tarixdə özlərinə ilk növbədə, Allah-taalanın qəzəbini, dünya və axirətdə əzab və lənətini qazanıblır. Bu haqda müqəddəs kitabımız Quranda oxuyuruq: “Allah da onu (fironu və onun kimiləri) axirət və dünya əzabına giriftar etdi.” ("Naziat" surəsi, 25) Başqa bir ayədə yenə oxuyuruq: “(Biz) Bu dünyada onlara lə’nət damğası vurduq (hamı onlara lə’nət oxuyar), Qiyamət günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.” ("Qəsəs" surəsi, 42). Və nəhayət, bu haqda yena də müqəddəs Quranda oxuyuruq: “Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.” ("Naziat" surəsi, 26)
Amma, örpək haqqında belə açıqlama qeyrətli müsəlman xalqımızı təccübləndirdi ona görə ki, əvvəla bizimlə müsəlman və qeyri-müsəlman qonşu ölkələrində xüsusilə, Rusiya kimi qeyri-müsəlman bir ölkədə örpək azad olan halda bizdə nəyə görə belə bir problem olmalıdır?! İkincisi, görəsən Misir Mərdanov kimiləri xalqımızın min illik islami və milli-mənəvi adətini qadağan etməyə səbəb nə olub, kimin sifarişi olub və bu işə hansı ixtiyarla cürət edib? Müsəlman xalqın məktəbli və ali savadlı ana bacılarının örpəyini başından açıb yerə atmaq dövlət məmurunun və nazirinin işidi yoxsa bu məsələ, müsəlman xalqın Allah-taalaya olan imanı və mənəvi etiqadıdır? Üçüncüsü, ölkəmizdə müharibə gedən bir vaxtda, vətən, din və qeyrət müharibəsi olan bir vəziyyətdə, müsəlman xalqın etiqadını möhkəmlətmək və hamının bir düşmənə tərəf birləşməyə şiddətlə ehtiyac olduğu zamanda, Misir Mərdanovu müsəlman xalqı, dövlətlə qarşı-qarşıya qoyub yeni bir cəbhə açamağa məcbur edən bir qanunun tətbiq olunmasına kim məcbur edib?
Vətənimizin bu ağır şəraitində müsəlman xalqın təhsil nazirliyindən intizarı bu idi ki, müsəlman xalq üçün müqəddəs İslam dinin tərbiyəvi və mədəni göstərişlərindən o cümlədən, örpək və əxlaqi proqramlardan və mənəvi dəyərlərindən məktəblərdə istifadə edilməsi üçün xüsusi proqramlar təşkil edəcək, yeniyetmə, cavan oğlan və qız məktəblilərimizi milli-mənəvi ruhiyydə böyüyüb təhsil almalarına şarait yaradacaqlar.
Bu gün Misir Mərdanov kimilər bilməlidirlər ki, hətta bu qanun tank və top gücünə tətbiq olnusa belə, xalqımızın qeyrətli və namuslu müsəlmanları öz məktəbli qız övladları, tahsil mərkəzlərində çalışan ana və bacılarının örpəklərini başından açamayacaq və Allah-taalanın müqəddəs Quranda buyurduğu qanununa və əqidə azadlıqlarına əməl edəcəklər!

Faiq Vəlizadə

  • Yazılıb
  • da (də) 2010 Nov 30