Tarix : 2010 Nov 30
Kod 19863

Abdullah Güldən Wikileaks şərhi verdi

Qazaxıstana səfərindən əvvəl çıxış edən Gül, Wikileaks-də açıqlanan sənədləri dair öz fikirlərini söylədi
Türkiyə servsi/Aran agentliyi

Türkiyənin ölkə başçısı Abdullah Gül, Wikileaks internet saytında nəşr olunan sənədləri diplomatiyanın 11 sentyabrı olaraq görmədiyini söylədi. Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğanıla olan çəkişmələri haqda nəşr olunan iddialarla bağlı olaraq isə ''Kimsə Hörmətli Baş nazir ilə çiyin çiyinə işləməyimizə maneəçilik törədə bilməz.'' deyə bəyan etdi.

Gül - ''Mənə elə gəldi ki, bəzi şeylər sanki süzgəcdən keçirilir və burada müəyyən məqsədlərin dolanır '' deyərək şübhələrini ortaya qoydu. Bu sənədlərin bəzilərinin həqiqi bəzilərinin isə səhv şeyləri əhatə etdiyini söyləyən Gül, bildirdi ki, ''Bu sənədlər ABŞ-li diplomatların öz mərkəzlərinə hesabat verdiyi sənədlərdən meydana gəlir. Bunların bəziləri doğru bəziləri isə səhv qiymətləndirmiş ola bilər.''

Jurnalistlərin, Gülə Baş nazirlə aralarında olan söz-söhbətlə bağlı ünvanlanan sualara cavab verərək ''Sənədlərin bir qisimini nəşr etdilər. Bu sənədlər Amerikan diplomatların öz baxışlarından qiymətləndirdiyi hesabatlardır. Bunların bəzilərini doğru bəzilərini səhv qiymətləndirmiş ola bilərlər. Türkiyə ilə əlaqədar bəzi şeylər var, biz bele şeylərər öyrəşmişik. Onsuz bunların çoxunu siz bilirsiniz. Çünki bunların bir çoxu tənqidi mənada türk mətbuatında dərc olunmuşdur. Türkiyənin siyasi sabitliyə verdiyi əhəmiyyət göz qabağındadır. Bu nəşr olunan sənədlər bizim Baş nazirlə çiyin-çiyinə gördüyümüz işlərə mane ola bilməz.”

Respublika başçısı Abdullah Gül, “Sənədlərdə yer alan Azərbaycan prezidenti İlham Əliyevin sözlərindən sonra Türkiyə-Azərbaycan əlaqələri bu sənədlərdən sonra pozularmı?” sualına isə ''Qonşu ölkələrlə əlaqədar deyilən məsələlərə baxışda yenə də məqsədli şəkildə edildiyini guman etmək olar. Türkiyə ilə Azərbaycan arasındakı dostluğ heç kim təsir edə bilməz.” deyərək cavablandırdi.

  • Yazılıb
  • da (də) 2010 Nov 30