Tarix : 2010 Nov 30
Kod 19864

Əli Əkbər Ocaqnejad ''Wikileaks''ın hədəfində

Az qala bütün dünyanı təlatümə gətirən ''Wikileaks'' saytında Azərbaycanla bağlı da kifayət qədər materiallar dərc edilib
Azerbaijan servsi/Aran agentliyi

İslam-Azeri.az İnternet qəzetinin Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Culian Assanjın yaydığı sənədlərdə ölkəmizin bir sıra nüfuzlu şəxsiyyətlərin adları hallanır.

Əgər Misir Mərdanovun, Ziya Məmmədovun, Rövnəq Abdullayevin və başqalarının "Wikileaks"ın diqqət mərkəzinə düşməsi bir o qədər də qəribə görünmürsə (hər halda Azərbaycanın üzdə olan məmurlarıdır və onların nəzarətində böyük kapitallar cəmlənib), Ayətullah Seyyid Əli Xamaneinin Azərbaycandakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejadın adının İranın Azərbaycandakı qeyri-leqal biznesində çəkilməsi müəyyən suallar doğurur.

Xatırladaq ki, "Wikileaks" açıqladığı materiallarla artıq bir neçə İslam dövlətini üz-üzə qoymağa cəhd edib. Bu sıraya Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Azərbaycan da daxildir.

Qeyd etmək lazımdır ki, analitiklər Culian Assanjın və onun arxasında dayanan qüvvələrin əsas məramlarının da elə müsəlmanlar arasında təfriqə salmaq və vəhdətə maneə yaratmaq niyyəti güddüklərini önə çəkirlər.

Həqiqətən də, "Wikileaks" saytının materialları dünyanın bir çox ölkəsini əhatə etsə də, onların sırasında İsrail cinayətlərinə rast gəlinmir. Hərçənd, sionist rejim minlərlə günahsız insanın qətlində müqəssirdir. Təsadüfi deyil ki, İsrailin baş naziri Benyamin Netanyahu da «Wikileaks»dan məmnunluğunu dilə gətirib.

  • Yazılıb
  • da (də) 2010 Nov 30