Tarix : 2010 Dec 01
Kod 19885

BMT baş katibindən Azərbaycan və Ermənistana mesaj

BMT-nin baş katibi Pan Gi Mun bir daha Azərbaycan və Ermənistana müraciət edərək onları təmas xəttindən snayperlərini geri çəkməyə çağırıb
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun bir daha Azərbaycan və Ermənistana müraciət edərək onları təmas xəttindən snayperlərini geri çəkməyə çağırıb. Onun fikrincə, snayperlərin bölgədən çıxarılması təkcə münaqişə tərəflərinə deyil, sülh danışıqlarını təşkil edən qruplara da yardım edərdi.

“Azadlıq” radiosunun Qazaxıstan bürosunun “BMT Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamənin icrası üçün nə edə bilər?” sualına cavabında Pan Gi Munun cavabı bu cür olub: “Mən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına köməyimi davam etdirəcəm. Ümid edirəm ki, tərəflər bütün mübahisəli məsələlərin danışıqlar masası arxasında müzakirəsini davam etdirəcəklər. Son danışıqlarda müəyyən irəliləyişlər əldə edilib. Yenə də ümid edirəm ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə dair baza prinsiplərini mümkün qədər tez razılaşdıracaqlar”.

Qeyd edək ki, 1994-cü ildən Bakı ilə İrəvan arasında atəşkəs haqda saziş imzalanmasına baxmayaraq, hər il hər iki tərəfdən snayper gülləsi nəticəsində xeyli sayda hərbiçi həlak olur.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 01