bir gün əvvəl Müsavat Partiyasının Ali Məclis sədri vəzifəsindən istefa verdiyini açıqlayan Sülhəddin Əkbər bu gün ümumiyyətlə partiya sıralarını rəsmən tərk edib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, bir gün əvvəl Müsavat Partiyasının Ali Məclis sədri vəzifəsindən istefa verdiyini açıqlayan Sülhəddin Əkbər bu gün ümumiyyətlə partiya sıralarını rəsmən tərk edib.
Sülhəddin Əkbər jurnalistlərə açıqlamasında Müsavat Divanının üzvlüyündən çıxmış İbrahim İbrahimli ilə birgə partiyadan istefa vermələri ilə bağlı bəyanat verdiyini qeyd edib.
Qeyd edək ki, noyabrın 29-da İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbər isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefa veriblər.
Beləliklə, daha iki nüfuzlu funksioner Müsavat Partiyasını tərk etdi. Ekspertlərə görə, son istefalar seçkilərdə bir üzvü də parlamentə deputat seçilə bilməyən bu partiyanın nüfuzunu bir qədər də zəiflətmiş olacaq.
“Aran” İA