Tarix : 2010 Dec 01
Kod 19889

“Gürcüstanın ərazi bütövlüyündən söhbət gedə bilməz”

Rusiya ilə düşmənçilik Gürcüstana baha başa gəldi…
Gürcüstan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rusiya Federasiyası ATƏT-in Astana sammitində “Gürcüstandakı münaqişələr”lə bağlı fikrin yer aldığı yekun sənədi dəstəkləməyəcək.

Rusiyanın “RİA-Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Gürcüstanın əvvəlki sərhədləri çərçivəsində ərazi bütövlüyündən söhbət gedə bilməz”, - deyə Lavrov qeyd edib.

Beləliklə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinə faktiki nəzarət edən və buradakı separatçı qurumları rəsmən dövlət olaraq tanıyan Rusiya Gürcüstanın ərazi bütövlüyünün bərpasını artıq mümkünsüz hesab edir. Göründüyü kimi, Saakaşvili administrasiyasının qonşu Rusiya ilə düşmənçiliyi Gürcüstan üçün ağır nəticələrə gətirib çıxartdı.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 01