Tarix : 2010 Dec 01
Kod 19892

''Mübahilə günü''

.
Beynalxalq servsis/Aran agentliyi

"Mübahilə" günü Bu gün Nəcran məsihiləri ilə İslam Peyğəmbəri bəhs edir. Məhəmməd (s)-ın tutarlı dəlillər gətirərək onları susdurmasına baxmayaraq, məsihilər inadkarlıq edirlər. Beləliklə haqqı qəbul etməyənlər iddia edirdilər ki, İsa (ə) Allahın oğludur. Bundan sonra Peyğəmbərin dəlilləri müqabilində inadkarlıq edən məsihilər barədə Həzrət Rəsuləllaha (s) ayə nazil olur : "(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) . Qeyd olunan ayə tarixə "Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.

Beləliklə məsihilər görürlər ki, İslam Peyğəmbəri kimin nahaq olması üçün lənət göndəriləcək yerə öz yaxınları ilə gəlir. Burada İslam Peyğəmbəri həmçinin özündən sonrakılar üçün də, xüsusi mesaj vermişdir. Çünki məsihilərlə "mübahilə" edilən yerə İslam Peyğəmbəri oğlanları kimi Həsən və Huseyni (ə), qadınları kimi Xanım Fatimeyi Zəhranı (s.ə), özü kimi isə Həzrət İmam Əlini (ə) gətirir.

Bunu görən məsihilər məğlub olmaq qərarına gəlirlər.

Hadisə tarixə belə düşüb: "İslam Peyğəmbəri (s) buyurur: "Mən dua edim, siz "amin” deyin.” Məsihilərin başçısı isə: "Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”.

Bu hadisə İslamın haqq Din olduğunu, Peyğəmbərin (s) haqq Peyğəmbər olduğuna öz təsdiqedici möhürünü vurur.

"Mübahilə" günü həmçinin İslam təqvimində bir bayram günü kimi də qeyd edilir.

Bu gün münasibəti ilə bir sıra dinşünaslarla əlaqə saxlayıb onların fikir və təbriklərini oxucularımıza təqdim etmək qərarına gəldik.

İlk olaraq “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, İlahiyyatçı Hacı Ceyhun Cəfərova müraciət etdik. “”Mübahilə günü” güman edirəm hər birimizə məlumdur ki, nə günüdür. Bu gün Muhamməd Peyğəmbərin (s.a.v.s) xristian keşişləri ilə mübahilə etdiyi gündür. Mübahilə yəni biri-birini qarğış etdiyi bi gündür. Həmin gün Əhli-Beytin (ə.s) rəsmi olaraq göstərildiyi bir gündür. Bu günü Peyğəmbər , İmam Əli, Xanım Zəhra, İmam Həsən və İmam Hüseynin Əhli-beyt olaraq gösətrildiyi bir gündür.Bu gün müsəlmanlar üçün çox əziz günlərdən biridir. Bu gün münasibəti ilə keçmişdə olsa bütün müsəlmanları təbrik edirəm. ”

Sonra ilahiyyatçı Hacı İlham Əliyevlə əlaqə saxladıq. Oda öz növbəsində bütün müsəlmanları təbrik etdi. “Mübahilə günü islam dinində ən yadda qalan günlərdən biridir. Bu gün İslam dininin xristian dininə qələbə çaldığı bir gündür. Bu gün əslində bir bayramdır. Məndə öz növbəmdə bütün müsəlmanları, Əhli-beyt sevərləri bu gün münasibəti ilə təbrik edirəm.”

Daha sonra “Qələm” nəşriyyatının rəhbəri, ilahiyyatçı Hacı Yüsif Bağırovun təbrikini öyrənmək üçün onunla əlaqə saxladıq. “Mübahilə günü İslam aləmində ən yadda qalan günlərdən biridir. Əgər biz İslam tarixinə nəzər salsaq görərik ki, neçə yerdə haqqın batilə qələbə çaldığı gün var biri mübahilə günüdür. Allah bu günü bir neçə şeyi bəyan elədi. İslam peyğəmbərinin haqq olduğunu ümumiyyətlə dinimizin haqq bir din olduğu bu gündə bəyan edildi,sübut edildi. Bu gün bir bayramdır. Bu gün əslində bu günümüzə bir mesajdır. Hər hansı gün Haqq batilə qələbə çalır elə həmin gün mübahilə günüdür. Bu gün münasibəti ilə bütün müsəlmanları və Əhli-beyt (ə.s) sevərləri təbrik edirəm.”

 

 

  • Yazılıb
  • da (də) 2010 Dec 01