Tarix : 2010 Dec 03
Kod 19908

Azərbaycan yanğının söndürülməsi üçün İsrailə yardım edəcək

40 nəfərin ölümü ilə nəticələnən yanğın davam edir
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Hayfada baş vermiş yanğına müdaxilə üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkəyə yardım təklif edib. Baş nazirin təşəbbüsü ilə İsrailə 2 yanğınsöndürmə təyyarəsi göndəriləcək. Baş nazirlik “Təbii Fəlakət və Fövqəladə Vəziyyətə Nəzarət” idarəsinin sədri Mehmet Ersoy bu addımın Türkiyənin İsrailə jesti olduğunu deyib.

İsrailin “Kanal-2” televiziyası Türkiyə ilə yanaşı Azərbaycanın və bir sıra digər dövlətlərin də İsrailə yardım edəcəyini bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Fələstinin İsrail rejimi işğalı altında olan Hayfa bölgəsində yanğın baş verib və nəticədə 40 nəfərə yaxın adam hadisə nəticəsində ölüb.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Dec 03