Tarix : 2010 Dec 03
Kod 19910

“Bölgədəki vəziyyət Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın xeyrinə deyil”

ATƏT-in Astanada keçirilən VII sammitində iştirak edən Türkiyə prezidenti Abdullah Gül jurnalistlərin suallarını cavablandırarkən ...
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, ATƏT-in Astanada keçirilən VII sammitində iştirak edən Türkiyə prezidenti Abdullah Gül jurnalistlərin suallarını cavablandırarkən bunları söyləyib: “Hazırda bölgədə mövcud olan vəziyyət Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın xeyrinə deyil”.

Türkiyə Prezidenti jurnalistlərə sammit çərçivəsində Rusiya Prezidenti Dmitri Medvedevlə görüşdə daha çox Cənubi Qafqaz bölgəsində sabitlik məsələsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu danışıqların ana xəttini elə Cənubi Qafqaz mövzusu təşkil edib.

Abdullah Gül regionda problemlərin həllində Rusiyanın mühüm ölkələrdən biri olduğunu vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlərin D.Medvedevin prezidentliyi dövründə sürətləndiyini söyləyib. Gülün yekun sözü isə bu olub ki, hazırki durum region ölkələrindən heç birinin maraqlarına cavab vermir.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Dec 03