Noyabrın 30-da “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin “Nərgiz” Qadınlar Cəmiyyətinin təşkil etdiyi “Elmin qapısı” adlı elmi müsabiqənin birinci hissəsi olan test imtahanı keçirilmişdir
Azerbaijan servsi/Aran agentliyi
Noyabrın 30-da “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin “Nərgiz” Qadınlar Cəmiyyətinin təşkil etdiyi “Elmin qapısı” adlı elmi müsabiqənin birinci hissəsi olan test imtahanı keçirilmişdir.
İlk olaraq “Nərgiz” Qadınlar Cəmiyyətinin sədri Səidə Səmədova iştirakçıları salamlayıb. O, əvvəlcə bir neçə gün öncə qeyd edilmiş Qədir-Xum bayramı münasibətilə tədbirə gələnləri təbrik edib və Həzrət Əli əleyhissalamın şəninə həsr edilmiş müsabiqədə onlara uğurlar arzulayıb.
Daha sonra isə cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Şirinova müsabiqənin şərtlərini və imtahan qaydalarını diqqətə çatdırıb. İştirakçıların əlavə sualları da cavablandırıldıqdan sonra onlara imtahan vərəqələri paylanıb.
İmtahana saat 14:50-də start verilib.
Təşkilatçılar tərəfindən yaradılmış xüsusi komisiyanın nəzarətiylə, imtahan 2 saat davam edib.
İmtahanın nəticələrinin elanı və mükafatkandırma mərasimi isə 1 həftədən sonra keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın təhsil müəssisələrində hicab qadağasına baxmayaraq, inanclı xanımlar elmə və təhsilə böyük maraq bəslədiklərini fəallıqlarıyla sübut ediblər.
Məlumat üçün xatırladaq ki, bu müsabiqədə iştirak etmək üçün iştirakçılar İslam-Azeri.Az saytı vasitəsilə qeydiyyatdan keçmişdilər.