Tarix : 2010 Dec 04
Kod 19931

Rusiyada təyyarə qəzası: 2 sərnişin ölüb

''Tu-154''ün hər üç mühərriki nasaz olub
Russiya servsi/Aran agentliyi

"Tu-154"ün hər üç mühərriki nasaz olub.

Dağıstan hava yollarına məxsus Tu-154 təyyarəsi Rusiyanın “Vnukova” hava limanından uçduqdan yarım saat sonra “Domodedovo” hava limanında təcili eniş edib. Təyyarənin təcili eniş etməsinə onun hər 3 mühərrikində baş vermiş nasazlıq səbəb olub.

Təyyarənin göyərtəsində 7-si uşaq olmaqla, 155 sərnişin olub.

Şahidlərin sözlərinə görə, təyyarə uçuş zolağından kənara çıxaraq sürükləndiyindən, ciddi zədə alıb. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Sərnişinlərdən 2-nin öldüyü, 40 nəfərin isə xəsarət aldığı bildirilir.

ANS

  • Yazılıb
  • da (də) 2010 Dec 04