Məktəblərdəki hicab qadağasını pisləyən Hacı Ceyhun deyib: “İlk növbədə onu deyim ki, hər hansı bir pedoqoqa desək ki, hicab təhsilə problem yarada bilərmi? ...
Azerbaijan servsi/Aran agentliyi
Ölkədə hicabla bağlı problemlərin yaranması və Misir Mərdanovun məlum qərarı ölkədə narahatçılıq yaradıb.
Ölkə boyu müşahidə edilən narahatçılıq isə həll edilmək əvəzinə daha da mənfi istiqamətdə inkişaf edir. Hicablı məktəblilər əksər məktəblərdə dərslərə buraxılmır. Problemin müvəqqəti həll edilən məktəblərdə isə hicablılar konkret dərslərdən məhrum edilirlər. Bu mövzu ilə bağlı İslam-Azeri.az internet qəzeti ölkənin tanınmış ruhanisi, “Təkamül” tərcümə mərkəzinin direktoru, Hacı Ceyhun Cəfərovdan münasibət öyənib.
Məktəblərdəki hicab qadağasını pisləyən Hacı Ceyhun deyib: “İlk növbədə onu deyim ki, hər hansı bir pedoqoqa desək ki, hicab təhsilə problem yarada bilərmi? Onların əksəriyyəti hicabın təhsilə heç bir problem yaratmamasını deyər. İkinci məsələ budur ki, hicab bizim dini, əqidə və inanc məsələsidir. Heç kəsin hicab məsələsinə qarışmağa haqqı yoxdur. Məktəbli forması ilə hicab geyilə bilər. Bunu özləri də yaxşı bilirlər. Hicab milli-mənəvi dəyərimizdir. Hicaba qadağa İslam ayininə qadağa qoymaqdır, insanların haqqını kobud surətdə pozmaqdır. Onların haqqını ayaq altına atmaqdır. Hər bir möminə hicab taxa bilər, bu Allahın hökmü olmasıyla yanaşı qanunlarımızda da buna yol verilir”.
Bu qərarın bütün müsəlmanların heysiyyatına toxunmaq hesab edən Hacı Ceyhun sözlərini belə davam edib: “Əgər məmur düzgün bir siyasətçi və ya işini biləndirsə, bunu gərək problem etməsin. Hicablılara problem yaratmasın. Bu müsəlmanlara təhqirdir. İslam dünyasında imicimizə zərbədir”.
Hacı Ceyhun bu qərarın təkcə məktəblilərə deyil hətta müəllimələrə də yönəli olduğunu diqqətə çəkərək deyib: “Mənə elə gəlir ki, müəllimələrin dərsə buraxılmaması onu göstərir ki, bu İslama qarşı olan addımdır. Çünki vahid məktəbli formasından söhbət gedirsə, müəllimələrə niyə təzyiq edilir?”.
Hicab probleminin həlli istiqamətində inanclıların iş görməsini vacib sayan Hacı Ceyhun sözlərini belə davam edib: “Bu məsələdə paralel olaraq işlər aparılmalıdır. İstər məhkəmələrə və ya müxtəlif instansiyalara müraciət olsun, istərsə də digər yollardan istifadə edənlərin birlikdə paralel surətdə addım atması lazımdır. Bu işlərin tərk olunması düz deyil. Bu qərara qarşı müqavimət vacibdir! Heç bir inanclı şəxs bunu qəbul etməz və bunun qarşısında dayanacaq!”