Seyyid Mübariz İbrahimovun məzar daşının üstünə ''Seyyid'' kəlməsinin yazılıb-yazılmaması haqqında şəhidin atası ilə müəyyən qurumlar arasında müzakirənin aparılması haqqında məlumat yayılıb
Azerbaijan servsi/Aran agentliyi
Seyyid Mübariz İbrahimovun məzar daşının üstünə "Seyyid" kəlməsinin yazılıb-yazılmaması haqqında şəhidin atası ilə müəyyən qurumlar arasında müzakirənin aparılması haqqında məlumat yayılıb.
Bu mövzuyla əlaqədar İslam-Azeri.az internet qəzeti Seyyid Mübariz İbrahimovun atası Ağakərim İbrahimovdan münasibət öyrənib.
O bu faktı təsdiqləyərək deyib: "Bəli bu barədə söhbətimiz olub. Lakin bu nəslin, yəni Seyyidlərin adının yaşaması üçün oğlumun adının əvvəlinə Seyyid yazılmasını mən təkid etdim. Bundan sonra məni başa düşdülər və buna razılıq verdilər. Bir sözlə Mübarizin əvvəlinə Seyyid kəlməsi yazılacaq".
Qeyd edək ki, Şəhid Seyyid Mübariz öz məktubunda seyyid olmasını da vurğulayıb.