IIR servisi/Aran agentliyi
Faktxeber.com-un İranın “Tabnak” saytına istinadən verdiyi məlumata görə, bu ölkə nüvə, stansiyasında əsas istifadə edilən “sarı tort” adlı nüvə daşını istehsal etməyə müvəffəq olub. İran Atom Enerjisi Təşkilatının sədri Salehi, bu haqda məlumat verərək, artıq İranın bu məhsulu əldə etmək üçün digər ölkələrə ehtiyacı olmadığını vurğulayıb. Bu məsələni İranın böyük naliyyəti kimi xarakterizə edən Salehi, sözügedən məhsulun Bəndər Abbas şəhərindən İsfahanın nüvə saytına köçürüldüyünü deyib.