Siyasilər, ekspertlər və ictimaiyyət nümayəndələri problem ətrafındakı son durumu müzakirə edəcəklər
Azərbaycan servisi/Aran agentliyi
Bu gün saat 12.00-da Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə Qarabağ Forumu keçiriləcək. KXCP qərargahında keçirilməsi planlaşdırılan forumda Dağlıq Qarabağ probleminin sülh yolu ilə bağlı həllində yaranmış son vəziyyət ciddi müzakirə ediləcək.
Bu barədə DUİ mətbuat xidmətindən verilən məlumatda deyilir ki, ATƏT ölkələrinin dövlət başçılarının Astanada keçirilən zirvə toplantısında Ermənistan prezidentinin davranışı sülh danışıqları variantının mənasının qalmadığını ortaya çıxarıb. Qarabağ forumunda bu məsələ geniş müzakirə olunacaq və Forum adından bəyanat qəbul olunacaq.
Tədbirə siyasi və ictimai təşkilatların rəhbərləri, politoloqlar, ziyalılar, keçmiş hərbçilər, jurnalistlər dəvət olunublar.