şəhərin Nəsimi rayonu ərazisində - Mirzə Ağa Əliyev küçəsi 224 ünvanında qanunsuz kazino aşkar edilib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, şəhərin Nəsimi rayonu ərazisində - Mirzə Ağa Əliyev küçəsi 224 ünvanında qanunsuz kazino aşkar edilib.
Daxil olmuş məlumat əsasında həmin ünvana baxış keçirən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlandarı binanın zirzəmisində kazinonun fəaliyyət göstərdiyini müəyyənləşdiriblər. Nəsimi Rayon Polis Şöbəsindən verilən məlumata görə, kazino Bakı şəhər sakini Əsədov Eldar Rəhim oğluna məxsusdur.
Baş əməliyyat müvəkkili Elxan Rzayev bildirib ki, üçotaqlı yerdə 5 ədəd kazino aparatı aşkarlanıb. Eldar Əsədov saxlanılıb.
Əməliyyatçılarkazinodamüştərikimiəylənənüç nəfəridə saxlayıblar. Qanunsuz kazinonu işləldən Eldar Əsədov isə yenicə açdığı obyektin müştərilərinin sayının o qədər də çox olmadığını bildirib. O, kazinoda quraşdırılan aparatların xüsusiyyətləri barədə məlumat verib və deyib ki, müştərilərin bu oyun aparatlarında udduğu məbləğ 20 manatdan çox olmur.
Nəsimi Rayon Polis İdarəsindən bildirirlər ki, artıq faktla bağlı araşdırmalara başlanılıb.
“Aran” İA