Tarix : 2010 Dec 06
Kod 19959

2011-ci ildən Suriya Azərbaycandan qaz alacaq

Azərbaycandan Suriyaya satılacaq qazın gündəlik həcminin təxminən 3,5 milyon kubmetr olacağı gözlənilir
Azerbaijan servsi/Aran agentliyi

f“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 2011-ci ildən etibarən Suriya Azərbaycandan təbii qaz idxal etməyə başlayacaq. Bu, iki ölkə arasında yeni razılaşmaya əsasən həyata keçiriləcək. Bu barədə Suriyanın neft nazirinin müavini Həsən Zeynəb "Bloomberg" agentliyinə bildirib. Nazir müavininin sözlərinə görə, Suriya Azərbaycandan gündəlik təxminən 3,5 milyon kubmetr qaz idxal edəcək.

Nazir müavini ümid edir ki, Azərbaycandan Suriyaya təbii qazın ixracına artıq 2011-ci ilin sonunda başlanacaq. Nəqlin başlanmasının dəqiq vaxtı isə Türkiyə ilə Suriya arasında inşa olunan boru kəmərinin tikintisi başa çatdıqdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, hazırda Suriya gündəlik olaraq 1.5 milyon kubmetr təbii qaz nəql edir. Bu il noyabr ayının 23-də Azərbaycan və Suriya arasında təbii qazın alqı-satqısının texniki detallarına dair son saziş imzalanıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 06