Tarix : 2010 Dec 06
Kod 19960

Azərbaycanla NATO arasında ekspert görüşü keçirilib

dekabrın 7-də NATO mənzil-qərargahında Azərbaycan-NATO Fərdi Tərəfdaşlıq Proqramı üzrə ekspert görüşü keçirilib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 7-də NATO mənzil-qərargahında Azərbaycan-NATO Fərdi Tərəfdaşlıq Proqramı üzrə ekspert görüşü keçirilib.

Azərbaycanın NATO yanındakı nümayəndəliyindən mətbuata verilən məlumata görə, görüş zamanı Azərbaycanın NATO ilə əməkdaşlığa cəlb olunmuş dövlət qurumlarının 2011-ci ildə iştirakı planlaşdırılan NATO tədbirləri müzakirə olunub.

İlkin olaraq 2011-ci il üçün 217 tədbirdə iştirak nəzərdə tutulur. NATO tərəfi Azərbaycanın qeyd edilən proqram üzrə seçdiyi tədbirləri yüksək qiymətləndirib.

Danışıqlarda Azərbaycan tərəfdən Müdafiə Nazirliyi və NATO yanında nümayəndəliyin təmsilçiləri, NATO tərəfdən isə Beynəlxalq Katiblik, Beynəlxalq Hərbi Qərargah və Müttəfiqlərin Əməliyyat Komandanlığının nümayəndələri iştirak edib.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 06