Tarix : 2010 Dec 06
Kod 19961

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz şöbəsinin müdiri Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz şöbəsinin müdiri Etan Qoldriç Azərbaycana gəlib
Qafqaz servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz şöbəsinin müdiri Etan Qoldriç Azərbaycana gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin mətbuata məlumat verib.

Amerikalı diplomat bildirib ki, Etan Oldriçin bölgəyə səfəri müntəzəm xarakter daşıyır və səfər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.

Etan Oldriç Azərbaycan hökumətinin, vətəndaş cəmiyyətinin nümayəndələri – müxtəlif QHT liderləri ilə görüşlər keçirəcək.

Azərbaycan Respublikasındakı görüşləri başa vurduqdan sonra Etan Oldriç Gürcüstan və Ermənistana yola düşəcək.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 06