Tarix : 2010 Dec 06
Kod 19962

İsrail xarici işlər nazirinin müavini Azərbaycana təşəkkür edib

İsrail xarici işlər nazirinin müavini Dani Ayalon meşə yanğınlarının söndürülməsində bu ölkəyə yardımçı olan dövlətlərə təşəkkür edib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, İsrail xarici işlər nazirinin müavini Dani Ayalon meşə yanğınlarının söndürülməsində bu ölkəyə yardımçı olan dövlətlərə təşəkkür edib.

APA-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, Dani Ayalon öz yanğınsöndürənlərini və müvafiq texniki vasitələrini İsrailə göndərən Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya Yunanıstan, İspaniya və digər ölkələrə minnətdarlıq edərək bu yardımların İsrail üçün çox önəmli olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan yanğınlarla mübarizə üçün İsrailə 2 vertolyot göndərib.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Dec 06