Netanyaho meşə yanğınını söndürmək üçün İsrailin zərər çəkmiş ərazilərinə göndərdiyi hərbi təyyarələrə görə Türkiyəyə təşəkkürünü bildirmişdir
Türkiyə servisi/Aran agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günu 31 may Qəzza bölgəsinə basqın nəticəsində yaranan gərgin vəziyyətdən zərər çəkmiş ərazilərə görə kompensasiya ödəmək, münasibətləri yenidən bərpa etmək və məhkəmə işinə yardım üçün İsraili üzr istəməyə yenidən səsləmişdir. Ankara mediya işçilərinə verdiyi müsahibəsində Ərdoğan bildirib ki, “Biz əvvəllər də tələb etmişdik ki, tələbimiz yerinə yetməyəcəyi təqdirdə münasibətlərimiz bərpa olmayacaqdır. Bəzi tələblərimiz həyata keçib, bəziləri isə yox. Biz hələ də kompensasiya və üzrxahlıq tələb edirik. Əgər tələblərimiz qarşılansaydı, münasibətlərimizdə müsbət era başlayardı, amma əvvəlcə biz bu tələblərin necə qarşılanacağını gözləməliyik”.İsrailin Baş Naziri Benjamin Netanhaju ilə Ərdoğan arasında olan telefon danışığında İsrailin baş naziri ona, cümə günü günorta saatlarında İsraildə baş verən meşə yanğınları zamanı iki yanğınsöndürən təyyarəsinin göndərilməsi üçün təşəkkürünü bildirmişdir. “Bizdən təyyarələrin göndərilməsi xahiş edildikdə biz humanistlik və islamçılıq xatirinə əlimizdən gələni etdik. Cənab Netanyahu mənə zəng edib öz təşəkkürünü bildirdi. O həmçinin dedi ki, Türkiyənin İsraildəki yanğınlara köməyi gələcəkdə Türkiyə ilə isti münasibətin yaranmasına təkan olacaq”– deyə Ərdoğan bəyan etdi.İki dövlətin arasındakı gərgin münasibətə 31 may İsrailin Qəzza bölgəsinə olan basqını zamanı səkkiz türk və türk əsilli amerikalının öldürülməsi səbəb olmuşdur.