Tarix : 2010 Dec 08
Kod 19980

MARADONA İRAN MİLLİSİNİ ÇALIŞDIRACAQ

Argentinalı ulduzun yaxın zamanlarda İrana gələcəyi bildirilir
IIR servisi/Aran agentliyi

Iranın "İbtekar" qəzetinə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad, əfsanəvi futbolçu və Argentina millisinin keçmiş baş məşqçisi Dieqo Armando Maradonanın İran millisini çalışdıracağını söyləyib. Dünən İranda idmançıların mükafatlandırılması üçün təşkil olunan mərasimdə çıxış edən Mahmud Əhmədinejad, argentinalı ulduzun yaxın zamanlarda İrana gələcəyini bildirib. Qeyd edək ki, mərasim zamanı jurnalistlərin ''Maradona, İranın millisinin baş məşqçisi olacaq" sualına, İran prezidenti başını yelləyərək "Bəli" cavabını verib. Məlumat üçün bildirək ki, Dieqo Maradona yaşadığı 50 il ərzində saysız-hesabsız uğurlara imza atıb. O, 1986-cı il Dünya çempionatının qalibidir. Futbolçu 1979 və 1980-ci illərdə Cənubi Amerikada “ilin futbolçusu” seçilib. Dieqo Maradonanın 1986-cı il Dünya çempionatında İngiltərə yığmasının qapısından keçirdiyi qol “Əsrin qolu” nominasiyasının qalibi olub. Nəzərinizə çatdıraq ki, Dieqo Armando Maradonanın həyatda ən çox pərəstiş etdiyi 3 şəxs var. Onlar ABŞ-la heç də yaxşı əlaqələri olmayan Kuba lideri Fidel Kastro, Venesuella prezidenti Uqo Çavez və İran prezidenti Mahmud Əhmədinejaddır.

 

  • Yazılıb
  • da (də) 2010 Dec 08