Tarix : 2010 Dec 08
Kod 19982

Avropada “Dağlıq Qarabağ” nümyəndəliyi açılır?

separatçı ermənilər Brüsseldə qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyini açmağa hazırlaşırlar
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, separatçı ermənilər Brüsseldə qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyini açmağa hazırlaşırlar.

Bu haqda separatçı-işğalçı rejimin “xarici işlər naziri” Georgi Petrosyan məlumat yayıb. Separatçı nazir qondarma parlamentdə “dövlət büdcəsini” müzakirəsi zamanı bu məsələyə toxunub.

Petrosyan “Dağlıq Qarabağın” rəsmən tanınması üçün bu layihənin zəruriliyi vurğulayıb. O bildirib ki, Avropada nümayəndəlik açmaq dövlətin prioritet vəzifələrindəndir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 08