Tarix : 2010 Dec 08
Kod 19983

Azərbaycan təhsili böhran yaşayır

Beyxəlxalq hesabatlar pessimist açıqlamalar verib
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin “Azadlıq” Radiosuna istinadən verdiyi məlumata görə, azərbaycanlı şagirdlər oxumaq bacarığına görə 65 ölkə arasında sondan ikincidirlər.

İqitsadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ənənəvi təhsillə bağlı dekabrın 7-də açıqlanan hesabatında belə deyilir.

Hesabatı hazırlamaq üçün 65 ölkədən 470 minə yaxın 15 yaşlı şagird arasında test aparılıb. Ölkə miqyasında Cənubi Koreya və Finlandiya daha yaxşıdır, ancaq ayrılqıda götürəndə Çindəki Şanxay şəhərinin şagirdləri hər kəsdən bacarıqlı çıxıblar.

Hesabata görə, Şanxaylı yeniyetmələr oxumaq bacarığı, riyaziyyat, elm əvə ədəbiyyat sahəsində dünyada hamıdan öndədirlər.

Azərbaycanlı şagirdlər isə oxumaq bacarığına görə, bu siyahıda 362 balla axırdan ikinci sırada qərarlaşıb və ancaq Qırğızıstanı qabaqlayır. Riyaziyyat və Təbiət elmləri sahəsində azərbaycanlı şagirdlər 431 və 373 balla daha yaxşı nəticə göstəriblər.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 08