Tarix : 2010 Dec 08
Kod 19985

Əhmədinejad MOSSAD-ın hədəfində

İran prezidenti Mahmud Əhmədinejadın Livan səfəri zamanı İsrail rejiminin xüsusi xidmət orqanı olan MOSSAD yüksək qonağı qətlə yetirməyə cəhd edib
IIR servisi/Aran agentliyi

İran prezidenti Mahmud Əhmədinejadın Livan səfəri zamanı İsrail rejiminin xüsusi xidmət orqanı olan MOSSAD yüksək qonağı qətlə yetirməyə cəhd edib.

İslam-Azeri.az İnternet qəzetinin Britaniya KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə adı açıqlanmayan İran kəşfiyyatının əməkdaşı "Əş-Şərq əl-Əvsət" qəzetinə bildirib.

Onun sözlərinə görə, İslam Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşları terrorun qarşısını Livan, Suriya və İraqda yaşayan müxalifət qüvvələrindən istifadə edərək alıblar.

O həmçinin bildirib ki, xaricdə yaşayan İran müxalifəti haqqında kifayət qədər məlumat mövcuddur və onlar "imperialistlərə və sionistlərə satılmış insanlardır".

 

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2010 Dec 08