Tarix : 2010 Dec 08
Kod 19986

Hicablılar təhsildən məhrum edilir

Təhsil naziri Misir Mərdanovun məlum qərarından sonra ölkədəki bir çox məktəblərdə tətbiq edilən hicab qadağası artıq bütün valideynlərin böyük etirazlarına səbəb olub
Azərbaycan servisi/Aran agentliyi

Təhsil naziri Misir Mərdanovun məlum qərarından sonra ölkədəki bir çox məktəblərdə tətbiq edilən hicab qadağası artıq bütün valideynlərin böyük etirazlarına səbəb olub.

Bülbülədə demək olarki, bütün məktəblərdə hicablılar dərsə buraxılmırlar.

Valideynlər hər gün övladlarını məktəbə göndərmələrinə baxmayaraq, hicablı şagirdlər direktor və ya müəllimlər tərəfindən məktəbdən qovulurlar.

İslam-Azeri.az internet qəzeti bu məsələləri gündəmdə saxlamaq üçün bu cür neqativ halları faktlarla sizə təqdim edir.

Bura 208 saylı orta məktəbdir.

Bu məktəb yüzlərlə hicablı məzun yola salıb.

İndi isə bu qadağalara etiraz edənlər, vaxtilə bu məktəbin hicablı məzunlarıdır.

O məzunlar ki, indi övladları təhsildən məhrum edilirlər.

Bəli burada da hicablılara qarşı repressiyalar davam edir.

Valideynlər isə bu qadağaların Azərbaycan Respublikasının Konstutusiyasına zidd addım hesab edirlər.

 

 

İslam-Azeri.az

 

 

  • Yazılıb
  • da (də) 2010 Dec 08