Tarix : 2010 Dec 08
Kod 19988

Təhsil Nazirliyi qarşısında aksiya

bu gün Bakı şəhərinin müxtəlif bölgələrindən olan bir qrup hicablı şagird və onların valideynləri Azərbaycan Təhsil Nazirliyinin binasının qarşısına toplaşıblar
Azərbaycan servisi/Aran agentliyi

(12:26) Azərbaycanın təhsil naziri Misir Mərdanovun şifahi olaraq hicaba qadağa qoyması artıq ölkədə geniş etirazlara səbəb olur.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, bu gün Bakı şəhərinin müxtəlif bölgələrindən olan bir qrup hicablı şagird və onların valideynləri Azərbaycan Təhsil Nazirliyinin binasının qarşısına toplaşıblar.

Onlar müsəlman dövləti olan Azərbaycanda müsəlman qadınının ayrılmaz nişanəsi olan hicaba təhsil müəssisələrində qadağa qoyulmasını kəskin surətdə pisləyiblər və Konstitusiyada qeyd olunan huquqlarının təmin edilməsini tələb ediblər.

Ümumilikdə aksiyada təqribən 50-60 nəfər iştirak edib.

Etirazçıların nümayəndələri Təhsil Nazirliyinin rəsmisi tərəfindən qəbul ediliblər.

Yenilənib (13:45) : Qəbul olunan şəxslərdən Hacı İlham Əliyevin İslam-Azeri.az İnternet Qəzetinə verdiyi məlumatda bildirilir ki, Təhsil Nazirliyinin rəsmisi onlara şikayətləri ilə bağlı Bakı şəhəri Baş Təhsil İdarəsinə müraciət etməyi məsləhət görüb. Lakin Hacı İlhamın "Bakı şəhəri Baş Təhsil İdarəsinin rəsmisi ilə görüşməyin hansısa bir xeyri ola bilərmi?" sualına Təhsil Nazirliyinin rəsmisi "yox" cavabı verib. Başqa rəsmilər isə müxtəlif bəhanələr irəli sürərək söhbəti məcradan çıxarmağa çalışıblar.

 

  • Yazılıb
  • da (də) 2010 Dec 08