dekabrın 8-də şəhərin “Astoriya” muğam ocağında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimova həsr olunmuş “Mübariz olaq” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 8-də şəhərin “Astoriya” muğam ocağında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimova həsr olunmuş “Mübariz olaq” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib.
Klipdə mərhum şəhidin valideynləri, eləcə də döyüş yolundan fraqmentlər nümayiş etdirilir.
Tədbirdə vətənpərvərlik ruhunda xidmətlərinə görə bir qrup əməkdaş Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş fəxri fərman və diplomlarla təltif olunublar.
Sözləri Sürəyya Küskünə, musiqisi Arif Səlimova məxsus mahnını “Karvan” qrupu ifa edir.
“Aran” İA