Bakıda yaşayış evində partlayış olub. Bu haqda Sabunçu rayon Polis İdarəsindən məlumat yayımlanıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Bakıda yaşayış evində partlayış olub. Bu haqda Sabunçu rayon Polis İdarəsindən məlumat yayımlanıb. Məlumatda bildirilir ki, partlayış bu gün axşam saatlarında rayonun Zabrat qəsəbəsi, 2-ci yaşayış massivi, İstixana Kombinatı ərazisində qeydə alınıb. Bildirilir ki, yaşayış evində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə evdə ciddi dağıntı olub və yanğın baş verib. Evin sahibəsi, 37 yaşlı Dinarə Məmmədova ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparır.
“Aran” İA