Tarix : 2010 Dec 08
Kod 20001

BTC ilə neft axını dayandırılıb

təxribatlara görə, Bakı-Tiflis-Ceyhan kəməri ilə neftin ixracı müvəqqəti olaraq dayandırılıb
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, təxribatlara görə, Bakı-Tiflis-Ceyhan kəməri ilə neftin ixracı müvəqqəti olaraq dayandırılıb. Bu haqda Türkiyənin Energetika Nazirliyinin rəsmisi və Britaniyanın “British Petroleum” şirkəti açıqlama verib.

Hadisənin neft ixracına təsir etmədiyi bildirilir. Neft kəmərinin operatoru olan "BP" hazırda BTC-də təmir işlərinin aparıldığını bildirib. Bu gün axşam kəmərlə neftin ixracının bərpa ediləcəyi istisna olunmur.

Qeyd edək ki, sözügedən təxribatın təfərrüatları bu məlumatlarda açıqlanmayıb.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Dec 08