Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün kollektivi dekabrın 30-da buraxılacaq
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün kollektivi dekabrın 30-da buraxılacaq.
Məlumatda bildirilir ki, Dram Teatrının buraxılacağı xəbəri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Teatr Festivalının bağlanış mərasimindəki çıxışı zamanı bildirib. O qeyd edib ki, həmin gündən etibarən teatrın yaradıcı və texniki heyəti rəsmən işsiz sayılacaq: “Teatr sahəsində aparılan islahatlar davam edəcək. Növbə ilə digər teatrlarda da həyata keçiriləcək”.
Ədalət Vəliyev onu da qeyd edib ki, yaxın vaxtlarda bütün rejissorlar qonorara sistemi ilə işləməyə başlayacaq.
Nazir müavini “Azdrama”da görüləcək işlər barədə məlumat verərək deyib ki, teatrda Adil İsgəndərov və Ələsgər Ələkbərov kimi görkəmli teatr xadimlərinin 100 illik yubileyi qeyd olunacaq. Bundan başqa Rus Dram Teatrının 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
“Aran” İA