dekabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşündə “Dağlıq Qarabağ” münaqişəsinin həlli barədə müzakirələr davam etdirilib.
Xatırladaq ki, bu gün Moskvada MDB xarici işlər nazirləri Şurasının iclası olub. Nazirlərin üçtərəfli görüşü məhz bu toplantı çərçivəsində gerçəkləşib.
“Aran” İA