Tarix : 2010 Dec 10
Kod 20005

Azərbaycan Respublikasının prezidenti Moskvaya gedib

dekabrın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının ...
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

MDB üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə edəcək mövzular haqda hələ ki, məlumat açıqlanmayıb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 10