Tarix : 2010 Dec 10
Kod 20007

AİP QADINLAR ŞURASI ETİRAZINI BİLDİRDİ

AİP-nin qadınlar şurasi ölkənin təhsil müəssisələrində hicabli xanimlarin hüquqlarinin pozulmasiyla bağli etirazini bildirib
Azerbaijan servsi/Aran agentliyi

Məlum olduğu kimi, Təhsil Nahzirliyinin orta məktəblərdə vahid məktəbli forması geyinilməsi haqqında bəyanından sonra Azərbaycanın bir sıra bölgələrində, o cümlədən paytaxt Bakıda bəzi məktəb direktorları əsassız şəkildə, qanunsuz olaraq başörtüklü müəllim və şagirdləri  təhsil almaq hüququndan məhrum ediblər. Bununla əlaqədar Azərbaycan İslam Partiyasının Qadınlar Şurası bir neçə gün öncə iclas keçirib.

İclası AİP Qadınlar Şurasının sədri Hacı Növrəstə xanım İbrahimova açdı. O, gələnləri salamlayaraq, buradakıların sayının məhdud olmasına baxmayaraq, əslində Azərbaycanın bütün müsəlman xalqını təmsil etdiklərini bildirdi və
 məktəblərə hicablı xanımların buraxılmamasını pislədi: «Əhalisinin 98
faizi müsəlman dininə malik olan, bayrağında İslamın nişanəsini daşıyan
və ölkənin qız-gəlininə örpək  barədə təzyiq
göstərən, sıxıntılıq yaradan rəhbərliyə təəəssüf edirəm. Həmin
hakimiyyətə üz tutaraq demək istəyirəm ki, hicab Allahın əmridir və
ana-bacılarımıza, xanımlarımıza bu məsələdə çətinliklər yaratmasınlar». O
 daha sonra söhbətinə davam edərək  problemin həllində xalqın fikirlərinin nəzəzrə
alınmasının vacibliyini dilə gətirdi.

Sonra söz Qadınlar Şurası
 sədrinin müavini Emilya Tağıyevaya verildi. O, AR Konstitusiyasına görə
 hər bir şəxsin təhsil almaq hüququ olduğunu və qanunda bu məsələ ilə
bağlı heç bir məhdudiyyət qoyulmadığını bildirdi: «Biz öz haqlarımızı
tələb eləməli və qonşu dövlətlərin, o cümlədən Türkiyənin təcrübəsindən
yararlanmalıyıq. Bildiyimiz kimi, orada da təhsil müəssisələrində
hicabla bağlı problem var idi və onlar öz qanuni hüquqlarını qorumaq
üçün əvvəlcə Avropa Məhkəməsinə, sonra isə BMT-yə müraciət etdilər.
Sonda haqq batilə qalib gəldi».

Sevinc
 xanım da məsələyə münasibət bildirərkən qeyd etdi ki, xanımların
başından hicabı açmaq nə dinimizə, nə də mili mentalitimizə uyğun
gəlmir: «Hesab edirəm ki, bu, hər bir ailəyə, hər bir kişinin qeyrətinə təcavüzdür».

Xuraman Muxtarova bəyan etdi ki, lazım gəlsə hicab uğrunda son damla qanımıza qədər mübarizə aparacağıq.

Arzu Bədirova isə hicabı qadınların
 mübarizə səngəri adlandıraraq, onu qorumağın vacib olduğunu bildirdi:
«Mənim qızım 86 saylı məktəbdə oxuyur. Onu da dərsə buraxmırlar. Nər gün ağlaya-ağlaya gəlir. Artıq körpələrimiz də cihada qoşulub.».

Mühəddisə
 Səfərova isə övladlarının da başqa uşaqlar kimi təhsil almaq, sənətə
yiyələnmək istəydiklərini dedi. Burada ayrıseçkilik salınmasının AR
qanununa uyğun olmadığını bildirdi.

Yeganə
 xanım isə təklif elədi ki, məktəblər üçün mənəviyyatla bağlı dərsliklər
 çap edilsin: «Heç kimə sirr deyil ki, bu gün uşaqlarımız və
müəllimlərimiz üçün nə qədər dərs vəsaiti var. Lakin mən təklif edərdim
ki, məktəb üçün əxlaqla, dinlə bağlı ümumi kitablar dərc edilsin. Çünki hansı direktorun
 ki, İslamdan az da olsa məlumatı var, hicabla bağlı maneə yaratmır.
Lakin təəssüf ki, əksəriyyət bundan xəbərsiz olduqlarından uşaqlarımızı
incidirlər».

İclasda iştirak edən digər xanımlar da bu deyilənlərə qoşularaq, etirazlarını bildirdilər və haqlarını qorumaq üçün sona qədən mübarizə aparacaqlarını dedilər

 

 

  • Yazılıb
  • da (də) 2010 Dec 10