Tarix : 2010 Dec 10
Kod 20010

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə rəsmən...

Ermənistan Milli Konqresi Astana sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri...
Azerbaijan servsi/Aran agentliyi

Ermənistan Milli Konqresi Astana sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatını şərh edib. Konqresin əlaqələndiricisi Levon Zurabyan bəyan edib ki, Astanada Ermənistan diplomatiyası geri çəkilib. Onun sözlərinə görə, Ermənistan diplomatiyasının son illər ərzində getdiyi yolverilməz güzəştlər Astana bəyanatında öz təsdiqini tapıb: “Güzəştlər Ermənistandakı hakim rejimin iqtisadi iflası və hərbi-siyasi balansın Azərbaycanın xeyirinə dəyişməsi ilə əlaqədardır”. Müxalifətçinin fikrincə, vəziyyət yalnız Serj Sarkisyanın istefası və legimim hakimiyyətin qurulması ilə dəyişə bilər.Levon Zurabyan bildirib ki, Dağlıq Qarabağın adı münaqişə tərəfi kimi çəkilmir və bu, Robert Koçaryanın hakimiyyəti dövründən əsası qoyulmuş siyasi xəttin davamıdır: “Ermənistan ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinin eyni vaxtda tətbiqi məsələsində də geri çəkilib. Ermənistan rəsmi şəkildə razılıq verib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Referendumla bağlı məsələ gündəlikdən çıxarılıb. Ermənistan və Dağlıq Qarabağb arasında quru yolu ilə bağlı məsələ də qeyri-dəqiq və qeyri-qənaətbəxş şəkildə həll olunur”.Erməni Milli Komitəsinin nümayəndəsi deyib ki, ərazilərin qaytarılması və qaçqınların qaytarılması məsələsində də Ermənistanın mövqeləri zəifləyib: “Əgər əvvəl ərazilərin demilitarizasiyasından danışılırdısa, indi söhbət bu ərazilərin Azərbaycanın nəzarətinə verilməsindən gedir. Əgər əvvəl qaçqınların geri qaytarılan əraziyə yerləşdirilməsi barədə müzakirələr aparılırdısa, indi onların Dağlıq Qarabağa qaytarılması müzakirə mövzusudur”.Ermənistan müxalifəti hesab edir ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağa erməni əhalinin məskunlaşdırılmasını sürətləndirməlidir.

  • Yazılıb
  • da (də) 2010 Dec 10