Beynalxalq servsis/Aran agentliyi
İspaniya
Madridin Pozuelo əyalətində hicaba görə dərsə buraxılmayan hicablı xanıma təhsil naziri dəstək olur. Direktor ciddi xəbərdarlıq edilir və xanım dərsə buraxılır.
Norveç
Norveçdə hicablı qızların dərsə getməsinin heç bir maneəsi yoxdur.
Müsəlman baş geyimi Osloda ibtidai məktəblərdə adi haldır.
Təhsil Naziri Kristin Halvorsen məktəblərdə hicabla bağlı gəzən söz-söhbətə fevral ayında son qoyub. Məktəblərin rəhbərləri deyir ki, hicab ibtidai məktəbdə də azaddır.
İrlandiya
İrlandiya məktəblərində hicab qadağası yoxdur.
İrlandiya kütləvi informasiya vasitələrindən aldığımız məlumata görə, şagirdlər hicablı halda dərsə gəlirlər.
Təhsil Departamenti müsəlman tələbələrin məktəbdə hicab geyməsi üçün icazəyə malik olduqlarını deyib.
Təhsil naziri deyib ki, əgər direktorlar məktəblərə hicabla daxil olmada hər hansı problem qoymasalar, inzibati müdaxilə olmayacaq. Ancaq problem kimi çıxsa, bunu bir insan haqları olaraq həll edəcəyik.
Qazaxıstan
Təhsil Naziri Zhanseit Tuymebaev özündən əvvəlki nazirin vaxtında belə bir qadağanın olmasını və bunun insan haqlarına zidd olduğu deyib. Və mövzunu parlamentə çıxarmasını istəyib. Millət vəkilləri hicab qadağasını qeyri-qanuni olduğunu deyib. Nəticədə Qazaxıstan parlamenti orta məktəb və universitet tələbələrin hicabla dərsə buraxılmasını qanunla qəbul edib.