“Biz onun sərgilədiyi mövqeyi düzgün hesab edirik.Ümid edirik yaxın zamanlarda onunla görüşümüz alınacaq və çox sayda inanclıların narahatçılığını yenə də şeyx ölkə prezidentinə çatdıracaqdır”
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycanın təhsil naziri Misir Mərdanovun televiziya vasitəsiylə şifahi göstərişindən sonra, artıq Azərbaycanın bir çox məktəblərində hicablılara qarşı repressiyalar vüsat alıb. Misir Mərdanovun əvvəlki açıqlamalarında hicab qadağası açıq başa düşülsə də, o “hicab qadağandır” deməmişdi. Lakin dünən gecə ANS-ə müsahibəsində Misir Mərdanov “məktəblilərə hicabla məktəbə gəlməsinə qadağa qoymuşuq” deyib. Bununla bağlı İslam-Azeri.Az internet qəzeti ölkənin nüfuzlu ruhanisi, Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadədən münasibət öyrənib. O bu qadağanın inanclıların haqqını çox kobud surətdə pozulması anlamına gəldiyini önə çəkərək deyib: “Bu qadağanın açıq dillə deyilməsi məsələnin çox gərgin olmasından xəbər verir. Çünki ilk növbədə nazirin bu çıxışı, yəni açıq-aşkar surətdə hicab qadağasından danışması, ilk növbətə Konstutusiyaya ziddir, bu açıqlama demokratiya ilə də uyğun deyil. Əgər deyiriksə, tolerantlıq var, bu o demək deyil ki, tolerantlıq ancaq qeyri ənənəvi və ya digər dinlərə aid edilir. Bu bizim barəmizdə də olmalıdır. Əlbəttə biz vəhdətə gələrək bir yerdə işlər görməliyik. Xüsusilə ruhanilər diqqətli olmalı, onlar düzgün mövqe sərgiləməlidirlər. Bu işdə zəhmət çəkən Hacı Şahin, Hacı İlqar, Hacı Mövsüm, Hacı Əhliman, Hacı Abgül, Hacı Mir Kazım, Hacı Əli, Hacı Azər, Hacı Araz, Hacı İlham, Hacı Səxavət, Hacı Taleh, Məşhədi Sadiq, Seyyid Həsən, Hacı Sərdar, Seyyid Elman, Hacı Ceyhun, Hacı İqbal, Mircəfər, Hacı Abazər, Seyyid Hüseynə və adını burda qeyd etmədiyim bütün ruhanilərə öz təşəkkürümü bildirirəm. Onların düzgün addımı sayəsində bu məsələlər öz həllini tapacaqdır. Lakin bizim haqqımız hüquqi yolla həll olunmasa, kontutusiyada təsbit edilən digər haqqlardan istifadə edəcəyik. Əlbəttə etiraz askiyalarını da istisna etməməməliyik”. Hacı Zülfüqar Mikayılzadə bu məsələnin həllində QMİ sədri Hacı Allahşükür Paşazadənin xüsusi rolunu gördüyünü önə çəkərək deyib: “Şeyx məsələyə qarışmalıdır. Biz onun sərgilədiyi mövqeyi düzgün hesab edirik.Ümid edirik yaxın zamanlarda onunla görüşümüz alınacaq və çox sayda inanclıların narahatçılığını yenə də şeyx ölkə prezidentinə çatdıracaqdır. Möminlər narahat olmasınlar, çünki Allah bizimlədir!”.